Türkiyədə narkotika qalmaqalı ətrafında daha bir tanınmış sima saxlanılıb. Belə ki, “Mika Raun Can” ləqəbi ilə tanınan sosial media fenomeni İstanbulda polis tərəfindən saxlanılıb.
Mika Raun Can “xalqı kin və düşmənçiliyə təhrik və ya təhqir”, eləcə də narkotik maddələrlə bağlı cinayət ittihamları əsasında gözaltına alınıb.
İstintaq materiallarına əsasən, tanınmış fenomen “istifadə məqsədilə narkotik və ya psixotrop maddə satın alma, qəbul etmə, saxlama və ya istifadə etmə”, həmçinin ictimai nifrət və düşmənçiliyi qızışdırma və ya alçaltma maddələri ilə ittiham olunur.
Mətləb