İsraildən ADDIM - bu ölkənin müvəqqəti işlər vəkili "persona non grata" elan edildi

31 Yanvar 2026 01:03 (UTC+04:00)

İsrail Cənubi Afrika Respublikasının (CAR) yüksək diplomatik nümayəndəsi Şon Edvard Bayneveldi israilli diplomatın qovulmasına cavab olaraq "persona non qrata" elan edib.

Bu barədə "The Times of Israel" İsrailin Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb. Bildirilib ki, qərar İsrailin Baş naziri Binyamin Netanyahu və XİN rəhbəri Gideon Saar tərəfindən qəbul edilib.

Nazirliyin bəyanatında qeyd edilib ki, Bayneveld 72 saat ərzində İsraili tərk etməlidir. "Əlavə tədbirlər daha sonra nəzərdən keçiriləcək", - bildirilib.

Mətləb