BMT pulsuzluqdan çökür - böhran qaçılmazdır

30 Yanvar 2026 23:21 (UTC+04:00)

BMT-nin baş katibi Antonio Quterreş bəyan edib ki, rəhbərlik etdiyi təşkilat üzvlük haqlarının ödənilməməsi və xərclənməmiş vəsaitlərin qaytarılmasını tələb edən büdcə qaydası səbəbindən qaçılmaz maliyyə çöküşü təhlükəsi ilə üzləşir.

Onun sözlərinə görə, təşkilatdakı böhranın dərinləşməsi proqramların həyata keçirilməsinə təhlükə yaradır və maliyyə çöküşü riskini artırır. "Yaxın gələcəkdə vəziyyət daha da pisləşəcək", - o qeyd edib. Baş katibin hesablamalarına görə, təşkilatın maliyyə ehtiyatları iyul ayına qədər tükənə bilər.

Mətləb