Bakıda növbəti yol nəqliyyat hadisəsi baş verib. Belə ki, hadisə paytaxtın Rəsul Rza küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu gün axşam saatlarında "Kia Optima" və "Mersedes" markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Toqquşmanın təsirindən hər iki nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Mətləb