Süleyman Mikayılov Qaradağın icra başçısı vəzifəsindən azad edilib

30 Yanvar 2026 19:58 (UTC+04:00)

Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Qeyd edək ki, S.Mikayılov həmin vəzifəyə 2010-cu il martın 4-də təyin olunmuşdu.