... Çində bir qadın ərinin xəyanətini öyrənib ictimaiyyətə açıq şəkildə danışıb və hətta onun iş yerini də açıqlayıb.
Nəticədə, xəyanətkar ər məhkəməyə müraciət edib və qadın 15 gün ərzində üzr istəməyə məcbur olub.
Məhkəmə Niu Na adlı çinli qadına xəyanətkar ərindən və onun məşuqəsindən açıq şəkildə üzr istəməsi əmrini verib. Hadisə Henan əyalətində baş verib. Yerli qadın ərinin intim münasibətdə olduğunu aşkar edib.
SİA xəbər verir ki, South China Morning Post qəzetinin məlumatına görə, Niu Na sosial mediada əri və intim münasibətdə olduğu görünən qadın haqqında istehzalı şərhlər yazaraq ərini cəzalandırmaq qərarına gəlib.
Aldadılan arvad nəinki xəyanəti açıqlayıb, həm də ərinin iş yeri ilə yanaşı digər şəxsi məlumatlarını da açıqlayıb.
Kişi məhkəməyə müraciət edib.
Nəticədə Nyu Naya 15 gün ərzində sosial mediada ərindən və məşuqəsindən üzr istəməsi əmr edilib.
...Əvvəllər psixoloqlar xəyanəti necə tanımağı izah edirdilər. Yalan danışmağı göstərə biləcək əlamətlərə əsəbilik, göz təmasından qaçınmaq və ya stressin fiziki simptomları daxildir.
Nazlı Almuradova