Abort: Qadının hüququ, yoxsa ailə qərarı? Patriarx Kirill-in rəyi...

30 Yanvar 2026 21:05 (UTC+04:00)

...Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill evli qadınların hamiləliyi dayandırmaq hüququnu məhdudlaşdıran bir təşəbbüs irəli sürüb.

O, qadının potensial emosional qeyri-sabitliyini əsas gətirərək abort üçün həyat yoldaşının razılığının vacibliyini vurğulayıb. Patriarxa görə, abort qərarı yalnız uşağın anası tərəfindən verilməməlidir, xüsusən də qeydiyyatdan keçmiş nikahda, çünki qadın emosional stress vəziyyətində ola bilər və mümkün alternativləri anlamağa kömək edə biləcək ərinin dəstəyinə ehtiyac duyur.

SİA rus saytlarına istinadən xəbər verir ki, Rus Pravoslav Kilsəsinin rəhbəri Federasiya Şurasındakı çıxışı zamanı abort etmək üçün təzyiqin qarşısını almağa yönəlmiş federal qanunun yaradılmasında da israr edib.

O, həmçinin özəl klinikalarda abortların tədricən qadağan edilməsini müdafiə edib, burada onun fikrincə, etik və hüquqi standartlara nəzarət kifayət deyil.

Kirill abortların çox vaxt həddindən artıq zərurət olmadan həyata keçirildiyi və adi prosedur kimi qəbul edildiyi fikrini bildirib ki, bu da faciədir.

...Bu arada, İctimai Palatanın üzvü qadınların tamahkarlıq üzündən doğmadığını bildirib.

Nazlı Almuradova