Monika Belluççi və Vinsent Kasselin 21 yaşlı qızı podiuma çıxdı...

30 Yanvar 2026 21:56 (UTC+04:00)

…21 yaşlı Deva Kassel Paris Moda Həftəsində diqqət çəkib. O, Elli Saab üçün qızılı rəngli, yaxalığı enli maksi donunda podiuma çıxıb. Saçları düz, qismən isə sancaqlı olub.

SİA xatırladır ki, devanın valideynləri ən gözəl məşhur cütlüklərdən biridir. Monika Belluççi və Vinsent Kassel "Mənzil" filminin çəkiliş meydançasında tanış olublar və 1999-cu ildə evləniblər.

Onlar 2013-cü ilin avqustunda boşanıblar.

Devanın özünün 26 yaşlı aktyor Saul Dayə ilə münasibətdə olduğu məlumdur.

Cütlük 2023-cü ilin payızından bəri görüşür; onlar ilk dəfə 2024-cü ilin yanvarında Dior şousunda birlikdə görünüblər. …Və yeri gəlmişkən, Monika Belluççi və Vinsent Kasselin qızı parlaq jurnalın üz qabığı üçün poza verib.

Nazlı Almuradova