"DOST Agentliyinin fəaliyyətinin beynəlxalq arenada da yüksək qiymətləndirilir".
SİA xəbər verir ki, bu sözləri DOST Agentliyində 2025-ci ilin yekunlarına dair mətbuat konfransı zamanı Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov deyib.
Onun sözlərinə görə, Agentlik indiyədək 36 beynəlxalq keyfiyyət və mükəməllik sertifikatına layiq görülüb: "Ötən il DOST modelinin Rumıniya, Serbiya və Xorvatiyada tətbiqi məqsədilə bu ölkələrin müvafiq qurumları ilə işgüzar əlaqələr qurulub, "bir pəncərə" sisteminin tətbiqi istiqamətində Özbəkistan və Moldova ilə əməkdaşlıq davam etdirilib".