Azərbaycan Voleybol Liqasında XI turun növbəti matçı keçiriləcək

30 Yanvar 2026 10:06 (UTC+04:00)

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI turun daha bir matçı keçiriləcək.

SİA xəbər verir ki, "Abşeron" bu gün UNEC-lə qarşılaşacaq.

Oyun saat 17:00-da Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.

Qeyd edək ki, XI tura sabah yekun vurulacaq.