Şəmkirdə 21 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb

30 Yanvar 2026 09:26 (UTC+04:00)

Şəmkirdə 21 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.

SİA xəbər verir ki, 2005-ci il təvəllüdlü, Təzəkənd kənd sakini Məmmədov Ruhlan Etibar oğlu yataq otağında quraşdırılmış qazla işləyən "Ceyran" tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.

Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.