"Amerikalılar Rusiya-Ukrayna danışıqlarına qatılmayacaq" - Putinin köməkçisi

29 Yanvar 2026 22:24 (UTC+04:00)

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov "Birinci kanala" müsahibəsində Ukrayna ilə keçirilən danışıqlar prosesi barədə danışıb. O qeyd edib ki, ABŞ-nin danışıqlar qrupu Vaşinqton və Kiyev arasındakı razılaşmaya əsasən Əbu-Dabidə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə başa çatması üzrə növbəti danışıqlarda iştirak etməyəcək.

Y. Uşakov ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin Əbu-Dabiyə getməyəcəyi ilə bağlı suala belə cavab verib: "Amerika və ukraynalılar bununla bağlı öz aralarında razılaşıblar. Məqsəd daha aşağı səviyyədə ikitərəfli əlaqə qurmaqdır".

Mətləb