Norveçli futbolçu Çempionlar Liqasında həftənin futbolçusu seçildi

30 Yanvar 2026 00:14 (UTC+04:00)

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Turnirin mətbuat xidmətinin məlumatına görə, bu ada "Benfika"nın yarımmüdafiəçisi Andreas Şelderup layiq görülüb.

Norveçli vinger "Real"la baş tutan qarşılaşmada (4:2) dubl edərək komandasına parlaq qələbə qazandırıb. Məhz bu məğlubiyyət "kral klubu"nun əsas mərhələdə ilk səkkizlikdən kənarda qalmasına səbəb olub. Şelderup səsvermədə rəqiblərini, "Çelsi"dən Joao Pedronu ("Napoli"yə 2 qol), "Bayer"dən Malik Tillmanı ("Vilyarreal"a 2 qol) və "Liverpul"dan Aleksis Makallisteri qabaqlayıb.

Mətləb