Bakı metrosunda qatarların hərəkətində gecikmələr yaranıb

29 Yanvar 2026 17:35 (UTC+04:00)

Saat 17:10 radələrində Bakı metrosunun "Nərimanov" stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılır.

"Bakı Metropoliteni" QSC-dən SİA-ya verilən məlumata görə, bu səbəbdən Bakı metrosunun "Qırmızı" və "Yaşıl xətlər"ində qatarların hərəkətində gecikmələr var.

Hazırda Yaşıl və Qırmızı xətlərdə intervalda 20 dəqiqəyədək yubanmalar müşahidə olunur. İntervallar qısa müddətdə bərpa olunacaq.

Bənövşəyi xətdə və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.