Gürcüstan və Azərbaycan dəmir yolu sahəsində əməkdaşlığı müzakirə edib

29 Yanvar 2026 14:06 (UTC+04:00)

Gürcüstan və Azərbaycan arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

SİA-nın yerli bürosu xəbər verir ki, müzakirələr Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani, "Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Laşa Abaşidze ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov arasında keçirilən görüşdə aparılıb.

Görüşdə Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasının əhəmiyyəti və əlavə yüklərin cəlb edilməsi istiqamətində iki ölkə arasında uğurlu əməkdaşlığın davam etdiyi vurğulanıb.

Qeyd edilib ki, Gürcüstan və Azərbaycan dəmir yolları arasında bağlanan müqavilə regional iqtisadi əməkdaşlıq və dəmir yolu infrastrukturunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu sənədin ölkənin tranzit və logistika imkanlarını gücləndirəcəyi və Orta Dəhlizin rəqabət qabiliyyətini artıracağı vurğulanıb.