"Qəbələ" klubunun sabiq qapıçısı Əmrah Məmmədli I Liqada çıxış edəcək.
SİA xəbər verir ki, "Mingəçevir" 24 yaşlı qolkiperlə anlaşdığını açıqlayıb.
Onunla mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Əmrah Məmmədli karyerası ərzində "Şimal", "Cəbrayıl", "Araz-Saatlı" və MOİK klublarının formasını geyinib.