Yağışa görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

29 Yanvar 2026 12:15 (UTC+04:00)

Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

SİA xəbər verir ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları məlumat-sürət tablolarında dəyişiklik edib.

Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub.