Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin yüksəkixtisaslı təcili yardım həkimi Leyla Fətullayeva AZTV-nin “TeleSəhər” proqramına “Meteohəssaslığın insan həyatına təsiri” mövzusunda geniş müsahibə verib.
Leyla həkim meteohəssaslığın səbəbləri, bu hallarda tez-tez rast gəlinən sağlamlıq problemləri, stress və ətraf mühit faktorlarının təsiri barədə, eləcə də meteohəssas şəxslərin gündəlik həyatlarını daha təhlükəsiz və rahat idarə etməsi üçün praktiki tövsiyələr təqdim edib.