Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XI turun növbəti oyunları keçiriləcək

29 Yanvar 2026 09:30 (UTC+04:00)

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XI turun növbəti oyunları keçiriləcək.

SİA xəbər verir ki, kişilərin mübarizəsində günün yeganə matçı Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq.

"Gənclər" - "Xilasedici" matçı saat 17:00 start götürəcək.

Qadınların çempionatında isə saat 16:00-da "Gənclər" "Turan"la, 18:00-da "DH Volley" "Azərreyl"lə üz-üzə gələcək.

Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutacaq.