Litva Nazirlər Kabineti Rusiya və Belarusa qarşı məhdudlaşdırıcı tədbirlərin müddətinin 2027-ci ilin sonunadək uzadılmasını təsdiq edib. SİA-nın məlumatına görə, Litva 2023-cü ilin aprelində Ukraynanın təhlükəsizliyinə mənfi təsir göstərən dövlətlərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun qəbul etmişdi. İlkin olaraq, qanun 2026-cı il mayın 2-dək qüvvədə idi.
Bildirilir ki, tədbirlərin uzadılması regiondakı cari vəziyyətlə, həmçinin təhlükəsizlik və sabitliyin təmin edilməsinə yönəlmiş tədbirlərin dəstəklənməsi zərurəti ilə bağlıdır.
Mətləb