“Sabah” klubu futbolçusunu icarəyə verib

28 Yanvar 2026 18:38 (UTC+04:00)

Misli Premyer Liqasında çıxış edən “Şamaxı” komandası qış transfer pəncərəsində növbəti transferini reallaşdırıb.

SİA xəbər verir ki, klubdan verilən məlumata görə, bölgə təmsilçisi “Sabah”dan Abdulla Rzayevi icarə əsasında heyətinə qatıb.

24 yaşlı müdafiəçi cari mövsümün sonuna qədər “Şamaxı”da çıxış edəcək.