AB Avropa Təhlükəsizlik Şurasının yaradılmasını təklif edib...

28 Yanvar 2026 19:45 (UTC+04:00)

...Pan-Avropa müdafiə layihələrini əlaqələndirmək üçün Avropa Təhlükəsizlik Şurasının yaradılması məqsədəuyğun ola bilər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Brüsseldən "European Pravda" müxbirinin verdiyi məlumata görə, Müdafiə və Kosmik Məsələlər üzrə Avropa Komissarı Andrius Kubilius bunu 28 yanvarda Avropa Müdafiə Agentliyinin konfransında bildirib.

Kubilius əsas müdafiə layihələrini həyata keçirmək üçün Aİ Təhlükəsizlik Şurasının yaradılmasını təklif edib.

...Bəlkə, həqiqətən də, Makron və Merkel tərəfindən 2017-2018-ci illərdə təklif edildiyi kimi, Avropa müdafiəsinin bu böyük transformasiyasında bizi əlaqələndirmək və istiqamətləndirmək üçün Avropa Təhlükəsizlik Şurasının yaradılmasına ehtiyacımız var.

Qeyd edildiyi kimi, bunu Kubilius təklif edib.

O, Aİ üzv dövlətlərini Avropa müdafiəsində aparıcı rol oynamağa çağırıb və bunun üçün artıq Aİ səviyyəsində Pan-Avropa layihələrini inkişaf etdirmək üçün alətlər yaradılıb.

...Güclü bir dünyada ortaq müdafiə bizim gücümüz olardı. Nəhənglər dünyasında biz də nəhəng olmalıyıq. Beynəlxalq hüququ və əməkdaşlığı təşviq edən xeyirxah bir nəhəng. Amma yenə də güclü bir nəhəngik, - deyə Avropa Komissarı vurğulayıb.

Andrius Kubilius üzv dövlətləri "birlikdə işləməyə və Avropanı müdafiəmiz üçün nəhəngə çevirməyə" çağırıb.

Əli Babayev