Azərbaycanın ehtiyat fondlarından ayırmalar 2 dəfədən çox artıb

28 Yanvar 2026 15:31 (UTC+04:00)

2025-ci ildə Azərbaycanın dövlət büdcəsində ehtiyat fondları üçün nəzərdə tutulmuş vəsaitin 1 milyard 611,6 milyon manatı maliyyələşdirilib.

SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 2,25 dəfə çoxdur.

Məlumata görə, maliyyələşdirilmiş məbləğin 41,7 milyon manatı ölkə Prezidentinin Ehtiyat Fondundan, 1 milyard 569,9 milyon manatı isə dövlət büdcəsinin ehtiyat fondundan xərclənib. Bu isə 1 il əvvələ nisbətən müvafiq olaraq 5,9 dəfə az və yaxud 3,3 dəfə çoxdur.