Nikolun Paris Moda Həftəsindəki geyimi internetdə çirkin adlandırılıb...

28 Yanvar 2026 21:45 (UTC+04:00)

...Amerikalı və Avstraliyalı aktrisa Nikol Kidmanın Paris Moda Həftəsi zamanı Chanel şousundakı geyimi internetdə çirkin adlandırılıb.

SİA xəbər verir ki, şəkillər və şərhlər Daily Mail tərəfindən dərc edilib.

58 yaşlı məşhur lələklərlə bəzədilmiş qara don və ağ-qara ayaqqabılarla səhnəyə çıxıb.

O, həmçinin günəş eynəyi və kiçik qara çanta taxıb.

Fanatlar şərh bölməsində Kidmanın görünüşünü tənqid ediblər.

"Uf... o sümüklü dirsəklər... Nikol", "Nikol gülünc görünür", "Nə dəhşətli ayaqqabı!", "Çirkin don" və "Bu nə parik və günəş eynəyidir?"- deyə qəzəbləniblər.

...Və yanvarın əvvəlində Nikol Kidmanın keçmiş əri ona bənzəyən 26 yaşlı bir qadınla münasibətdə olarkən yaxalanıb. Avstraliyalı müğənni Kit Urban 26 yaşlı müğənni Karli Skott Kollinslə münasibətdə olmaqda şübhəli bilinir.

Nazlı Almuradova