Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 28 yaşlı Əli Abbasov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsdən 7 kiloqram marixuana aşkarlanıb.
Bundan başqa, keçirilən digər tədbir zamanı rayon sakini 21 yaşlı Həzrət Atakişiyevdən qanunsuz olaraq əldə edib özündə saxladığı 1 ədəd “Makarov” markalı tapança da aşkarlanıb.
Hər iki faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.