Adil Kərimli Qaxda vətəndaş qəbulu keçirəcək

28 Yanvar 2026 10:59 (UTC+04:00)

Mədəniyyət naziri Adil Kərimli Qaxda vətəndaşları qəbul edəcək.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, qəbul fevralın 13-ü saat 10:00-da keçiriləcək.

Qəbulda Qax rayonu da daxil olmaqla Şəki şəhəri, Oğuz, Qəbələ, Zaqatala, Balakən rayonlarından da olan vətəndaşlar iştirak edə bilərlər.