Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli fevralın 27-si saat 10:00-da Şamaxıda vətəndaş qəbulu keçirəcək.
Bu barədə SİA-ya AQTA-dan məlumat verilib.
Bildirilib ki, vətəndaş qəbulu agentliyin Dağlıq Şirvan regional bölməsinin inzibati binasında (Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi 20) baş tutacaq.
AQTA sədri Şamaxı, Ağsu, İsmayıllı, Qobustan rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya "1003-Çağrı Mərkəzi" ilə əlaqə saxlayaraq fevralın 26-dək qəbula yazıla bilərlər.