Bu gün Bakının Xəzər rayonu, Qala qəsəbəsində qaz təchizatı dayandırılacaq.
Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Qala qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar saat 10:00-dan etibarən Stansiya Qala yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.