Əhməd Sara sabah Moskvaya gedir - Putinlə görüşəcək

27 Yanvar 2026 23:13 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin yanvarın 28-də Suriyanın Prezidenti Əhməd Şara ilə görüşəcək. SİA xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

"Tərəflər müxtəlif sahələrdə ikitərəfli əlaqələrin vəziyyətini və inkişaf perspektivlərini, eləcə də Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə etməyi planlaşdırırlar", - deyə bildirilib.

Qeyd edək ki, sabah Suriya lideri Rusiyaya səfər edəcək.

Mətləb