Rusiya Xarkovda sərnişin qatarını vurdu - yaralananlar var

27 Yanvar 2026 22:02 (UTC+04:00)

Rusiya dronları Xarkov bölgəsində sərnişin qatarına zərbə endirib, nəticədə lokomotivdə və vaqonda yanğın baş verib. Xəsarət alanlar var.

SİA-nın məlumatına görə, Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov bəyan edib ki, Rusiyanın "Şahid" dronları Barvenkove-Lvov-Tsop marşrutu üzrə hərəkət edən sərnişin qatarına hücum edib. Hadisə Xarkov bölgəsinin Barvenkove icmasında baş verib.

O. Sinequbov vaqonlarda olan 291 sərnişinin təxliyə edildiyini, buna rəğmən ikisinin xəsarətlər aldığını qeyd edib.

Mətləb