"Turan Tovuz" futbolçusu ilə yollarını ayırıb

27 Yanvar 2026 17:42 (UTC+04:00)

"Turan Tovuz" komandası futbolçusu Abdulla Rzayevlə yollarını ayırıb.

SİA-nın əldə etdiyi məlumata görə, klubdan bildirilib ki, onunla bağlanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

İcarə əsasında bölgə təmsilçisində çıxış edən futbolçu müqavilə ilə məxsus olduğu "Sabah" klubuna qayıdıb.