Türkiyə millisinin sabiq futbolçusu Azərbaycandan təklif aldığını açıqlayıb

27 Yanvar 2026 17:36 (UTC+04:00)

Məşqçi kimi Azərbaycan klublarından təklif almışdım.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə açıqlamasında Türkiyə millisinin sabiq futbolçusu Yıldıray Baştürk deyib. Mütəxəssis vaxtilə ölkəmizin bir neçə klubunun onun xidmətlərindən yararlanmaq istədiyini deyib: “Hətta danışıqlarmız da olmuşdu. Lakin müəyyən məsələlərdə razılığa gələ bilmədik. Komandaların adını demək düzgün çıxmaz. Amma Azərbaycanda işləməyə hər zaman açıq olmuşam”.

Qeyd edək ki, Yıldıray Baştürk karyerası ərzində Almaniyanın “Boxum”, “Herta”, Bayer” (Leverkuzen), “Ştutqart” və İngiltərənin “Blakbörn” komandalarında çıxış edib.