Paytaxtda evlərdən oğurluq edən şəxs saxlanılıb

27 Yanvar 2026 13:22 (UTC+04:00)

Paytaxtın Qaradağ və Nəsimi rayonlarında evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək yaşadıqları evlərdən təmir-tikinti alətlərinin və qızıl-zinət əşyalarının talandığını bildiriblər.

Polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı İ.Kərimli müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.