"Qəbələ" futbolçusu ilə yollarını ayırdığını açıqlayıb

27 Yanvar 2026 12:50 (UTC+04:00)

"Qəbələ" yarımmüdafiəçi Jondo Fuxsla yollarını ayırıb.

SİA xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

28 yaşlı oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.