"Peşəfest" layihəsi 11 regionda 95 min insana çatıb".
SİA-nın verdiyi məlumata görə, bu sözləri Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov qurumun ötən ilin yekunlarına və 2026-cı ilin hədəflərinə həsr olunmuş tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Peşəfest layihəsinin məqsədi gələcəyin əmək bazarında vacib olan 14 peşənin uğurlu nümayəndələrini şəxslərlə əlaqələndirməkdir: "Bu tədbirlər şagirdlərin peşə seçimində önəmli amil kimi çıxış edir və gələcəkdə də davam etdiriləcək.