"11 mindən çox xanım peşə hazırlığı kurslarına cəlb edilib".
SİA xəbər verir ki, bu sözləri Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov qurumun ötən ilin yekunlarına və 2026-cı ilin hədəflərinə həsr olunmuş tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, peşə hazırlığı kursları iki formatda təşkil edilir: "Proses Dövlət Məşğulluq Agentliyinin tabeliyində olan 4 peşə fəaliyyət mərkəzi və özəl müəssisələrin cəlb olunması ilə aparılır. Əməkdaşlıq etdikləri müəssisələrin sayı 180-i ötüb. Kurslar 175 prioritet peşə üzrə təşkil edilir və cari, həmçinin gələcək əmək bazarının tələbləri daim nəzərə alınır".