Nəsimi və Nərimanovun bəzi ərazilərində qaz olmayacaq

27 Yanvar 2026 09:15 (UTC+04:00)

Bu gün Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

"Azəriqaz"dan SİA-ya verilən məlumata görə, Azadlıq və Z.Bünyadov prospektlərinin kəsişməsində sayğacın quraşdırılması və eyni zamanda R.Məmmədov küçəsində qaz kəmərində sızmanın aradan qaldırılması məqsədilə 27.01.2026-cı il tarixdə saat 10:00-dan etibarən Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.