Tik tok-da qeyri-etik ifadələr işlədən Zəngilan sakini həbs olundu

26 Yanvar 2026 22:35 (UTC+04:00)

Polis əməkdaşları Tiktok sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadələr işlədən şəxsi saxlayıb. SİA-nın məlumatına görə, Zəngilan rayon sakini, 1984-cü il təvəllüdlü Habil Həsənov Tiktok platformasında dostuna məxsus "Məmmədov Səmiyyədin" adlı səhifədə açılmış canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqir xarakterli ifadələr səsləndirib.

H.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. O, məhkəmənin qərarı ilə 15 sutka inzibati qaydada həbs edilib.

Mətləb