Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir

26 Yanvar 2026 17:05 (UTC+04:00)

Birbank-ın digər banklarda kredit öhdəliyi olan müştərilər üçün sərfəli kampaniyasının müddəti uzadıldı. Belə ki, indi digər banklardakı kreditlərini Birbank-a gətirən hər kəs təyin olunan kredit faizinə 3% endirim qazanır. Artıq minlərlə istifadəçi bu fürsəti dəyərləndirib. Siz dəçətin maliyyə hesabatlarını aparmadan, büdcəsıxıntısı çəkmədən sərfəli kredit axtarışındasınızsa bu təklifi mütləq dəyərləndirin.

10 fevral tarixinədək davam edən kampaniya müştərilərə daha sərfəli kredit şərtləri ilə yanaşı aylıq ödənişlərin həcmini azaltmaq, kreditlərini bir yerdən və vaxt itirmədən ödəmək imkanı yaradır.

Qeyd edək ki, kampaniya 13 aylıq və daha çox müddətə rəsmiləşdirilən kreditlərə şamil edilir. Kampaniya çərçivəsində Kapital Bank və ya istənilən digər bankdan əməkhaqqı, yaxud təqaüd alanlar maksimum 50 000 manatadək nağd pul kreditini 59 ayadək müddətə əldə edirlər. Fürsətdən yararlanmaq üçün sizə ən yaxın Kapital Bank/Birbank filialına yaxınlaşa bilərsiniz.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi iləmüştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ədaxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul vəxidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinəmüraciət edə bilərsiniz.