"Ötən il 3747 şəxsə reabilitasiya xidmətləri göstərilib" - Ramin Rzayev

26 Yanvar 2026 15:30 (UTC+04:00)

"Posmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində müharibə iştirakçısı olan 3747 şəxsə reabilitasiya xidmətlərinin göstərildiyi, müharibə ilə əlaqədar əlilliyi olan 2,4 min şəxsə 88,4 min reabilitasiya vasitəsi, 500-dən çox şəxsə 620 ədəd yüksək texnologiyalı protez təqdim edildiyi qeyd olunub".

SİA-nın verdiyi məlumata görə, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinə prosesindən bəhs olunub: "Bildirilib ki, 4 kateqoriya üzrə rəy verilmiş çağırışçıların Agentliyin Tibbi Qiymətləndirmə Mərkəzində elektron növbəlilik prinsipi əsasında peşəkar mütəxəssislər tərəfindən əyani müayinə edilir. Qəbul edilən qərarlar elektron sistemə daxil edilir və çağırışçılar nəticələr barədə elektron qaydada məlumatlandırılırlar".