"Əlilliyi olan 142 min şəxsə reabilitasiya xidmətləri göstərilib" - RAMİN RZAYEV

26 Yanvar 2026 15:25 (UTC+04:00)

"2025-ci ildə Agentlik tərəfindən 54,5 min şəxsə əlillik təyin edildiyini, onlardan 25,3 min nəfərə ilkin, 29,2 min nəfərə isə təkrar əlillik təyin olunmuşdur".

SİA xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev deyib.

O qeyd edib ki, son bir ildə Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 142 min şəxsə reabilitasiya xidmətləri göstərilib, onlardan 78,6 min nəfər ambulator, 33,2 min nəfər stasionar və icma əsaslı reabilitasiya xidmətləri ilə təmin edilib. Bu kateqoriyadan olan 13,7 min şəxsə 212 min reabilitasiya vasitəsi verilib. 2024-cü ilə nisbətən 2025-ci ildə reabilitasiya xidməti göstərilənlərin sayı 15 faiz, reabilitasiya vasitələri ilə təmin edilənlərin sayı 12,5 faiz, təqdim edilən reabilitasiya vasitələrinin sayı 2,2 dəfə artıb. Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint”– Reabilitasiya Məntəqəsində ötən il əlilliyi olan 1,8 min şəxsə reabilitasiya xidmətləri göstərilib, 218 şəxsə 1365 reabilitasiya vasitəsi təqdim edilib".