“Qarabağ” "Liverpul"la oyun üçün İngiltərəyə yollanıb

26 Yanvar 2026 15:21 (UTC+04:00)

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda səfərdə "Liverpul" komandası ilə qarşılaşacaq “Qarabağ” İngiltərəyə yollanıb.

Klubdan SİA-ya verilən məlumata görə, Ağdam təmsilçisi səfərə çarter reysi ilə yola düşüb.

Qeyd edək ki, görüş yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.