“Sabah” Ayaz Quliyevlə yollarını ayırıb

26 Yanvar 2026 13:34 (UTC+04:00)

“Sabah” yarımmüdafiəçi Ayaz Quliyevlə yollarını ayırıb.

SİA xəbər verir ki, 29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Ayaz 2023-cü ildən “Sabah”da çıxış edirdi. O, bu müddətdə komandanın heyətində 54 oyun keçirib.