FHN-in əməkdaşı Akonkaqua zirvəsini fəth edib

26 Yanvar 2026 13:32 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Sima Səfərova Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü ilə Cənubi Amerikanın ən yüksək zirvəsi olan Akonkaquaya (6962 metr) texniki dırmanış edib.

FHN-dən SİA-ya bildirilib ki, qarşıya qoyulan hədəfə uğurla çatan alpinist Azərbaycanın Dövlət Bayrağı ilə bərabər Fövqəladə Hallar Nazirliyinin rəmzi olan bayrağı da Akonkaqua zirvəsində dalğalandırıb.