Azərbaycan və İsrailin XİN başçıları arasında geniştərkibli görüş keçirilib

26 Yanvar 2026 12:59 (UTC+04:00)

Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov və Gideon Saar arasında geniştərkibli görüş keçirilib.

SİA xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Qeyd edilib ki, tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil, mədəniyyət, müdafiə və təhlükəsizlik daxil olmaqla bir çox sahələr üzrə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Həmçinin, əməkdaşlıq üçün yeni imkanların araşdırılmasında qarşılıqlı maraq vurğulanıb.

Nazirlər, həmçinin beynəlxalq və regional əhəmiyyət kəsb edən məsələlərə toxunublar.

XİN başçıları hər iki ölkələnin regionlarında və kənarda sülhə, inkişafa və rifaha töhfə verilməsinin vacibliyini qeyd ediblər.

Nazirlər Azərbaycan–İsrail tərəfdaşlığının daha da dərinləşdirilməsi əzmini ifadə ediblər.