Piyadaya yol verməyən sürücünü yol polisi saxlayıb

26 Yanvar 2026 11:30 (UTC+04:00)

Qanunvericiliyin tələbinə əsasən yolayrıcında sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə bu hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir.

Bu barədə SİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı yolayrıcında bu tələbi pozaraq piyadaya yol verməyən sürücü saxlanılıb, onunla profilaktik söhbət aparılaraq qanunvericiliyin tələbi izah olunub.

“Yollarda təhlükəsiz hərəkət hər birimizin fərdi məsuliyyətidir”, - deyə məlumatda vurğulanıb.