Baş Qərargah Rusiya ordusunun 26 yanvara olan itkilərini açıqlayıb

26 Yanvar 2026 10:18 (UTC+04:00)

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun Ukraynada müharibə başlayandan bəri verdiyi itkilərlə bağlı son məlumatları yayıb.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, son sutka ərzində Ukrayna Silahlı Qüvvələri 1020 rusiyalı hərbçini zərərsizləşdirib. Həmçinin iki tank, bir zirehli döyüş maşını, 32 artilleriya sistemi, iki reaktiv yaylım atəş sistemi (RZYA) və 917 pilotsuz uçuş aparatı məhv edilib.

Baş Qərargahın məlumatında bildirilir ki, 24 fevral 2022-ci ildən 26 yanvar 2026-cı ilədək Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisində ümumi canlı qüvvə itkiləri təxminən 1 milyon 235 min 60 nəfər təşkil edib. Son sutka ərzində bu rəqəm 1020 nəfər artıb.

Müharibənin əvvəlindən indiyədək Rusiya ordusunun itkiləri aşağıdakı kimidir: