Hindistandan QƏRAR - Bakıya uçuşlar ləğv edildi

25 Yanvar 2026 22:39 (UTC+04:00)

Hindistanın “İndiGO” aviaşirkəti İrandakı hazırki situasiya ilə əlaqədar beynəlxalq istiqamətdə bəzi reysləri ləğv edib.
Bu barədə şirkətin açıqlamasında deyilir.

Bildirilib ki, 26, 27 və 28 yanvar 2026-cı il tarixlərində Tiflis, Almatı, Daşkənd və Bakıya uçuşlar qarşılıqlı olaraq ləğv edlib. Ekipaj heyəti və sərnişinlərin təhlükəsizliyi baxımından müvafiq qərarın verildiyi açıqlanıb. Uçuşların nə zaman bərpa ediləcəyi məlum deyil.

Mətləb