Futbol üzrə Azərbaycan Misli Premyer Liqasının XVII turunda lider "Sabah" autsayder "Karvan-Yevlax"la üz-üzə gəlib.
"Bank Respublika Arena"da baş tutan matçda 3:1 hesablı qələbə qazanan "Sabah", ötən gün məğlub olan ən yaxın izləyicisi "Qarabağ"la xal fərqini 4-ə yüksəldib.
Bakı klubunun qollarını Aron Maluda (9, 22), Umarali Raxmonaliyev (32) və Velko Simiç (84) vurublar. Qonaqların heyətində isə Olavale Doyeni (83) fərqlənib.
Hazırda 40 xalı olan "Sabah" turnir cədvəlində vahid liderdir. "Karvan-Yevlax" isə 6 xalla sonuncu - on ikincidir.
Mətləb