Mozambikdə vəba epidemiyası tüğyan edir. Bu ölkədə 2025-ci ilin sentyabr ayından başlayan epidemiyadan bəri 2 650 vəbaya yoluxma halı qeydə alınıb, bunlardan 32-si ölümlə nəticələnib.
Bu barədə "Lusa" agentliyi ölkənin Səhiyyə Nazirliyinin rəsmi məlumatlarına istinadən bildirib. Nazirliyin məlumatına görə, epidemiyadan ən çox zərər çəkən əyalətlərdən olan Nampulada 17 ölüm və 1 314 yoluxma qeydə alınıb. Tetedə 13 ölüm və 932 yoluxma, Kabu-Delqaduda isə 2 ölüm və 404 yoluxma faktı olub.
Mətləb